YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Baş nazirin müavini Əli Əhmədov və Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ƏƏSMN-nin bir sıra obyektlərində olublar

YAP tərəfindən ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə yeni avtobus hədiyyə edilib

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bir sıra obyektlərində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olublar.

İlk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə (Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) gələn tədbir iştirakçıları mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının təşkili, onların təminatı vəziyyəti ilə yaxından tanış olub, peşə təlimində olan gənclərlə görüşüblər. S.Müslümov  məlumat verərək bildirib ki, Prezident cənab İlham Əliyevin əlilliyi olan insanlara böyük diqqət və qayğısı nəticəsində 2013-cü ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər artıq 450 nəfərə yaxın peşə reabilitasiyasına cəlb edilib. “Hazırda isə 140 nəfərə yaxın müvafiq kateqoriyadan olan gənc burada peşə təlimindədir. Mərkəzdə kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələr üzrə təcrübəli müəllimlər tərəfindən təlim keçilir. Ölkəmizin müxtəlif bölgələrindən  mərkəzə peşə təliminə cəlb olunanlar burada təlim müddətində dövlət hesabına bütün müvafiq xidmətlərlə (yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s.) də təmin olunurlar. Bu gənclərin istedadlarının cəmiyyətə təqdim olunması üçün tez-tez onların əl işlərindən ibarət sərgilər keçirilir, bu gənclərin müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün müxtəlif gəzintilər, ekskursiyalar təşkil olunur. Peşə təlimini bitirənlərin  məşğulluğunun, eləcə də özünüməşğulluğunun təmini üçün də müvafiq işlər aparılır”.

Ə.Əhmədov Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın sürətli tərəqqisinə səbəb olmaqla, sosial sahədə də mühüm nailiyyətlərə imkan yaratdığını vurğulayıb. O, ölkəmizdə müasir tələblərə cavab verən belə bir mərkəzin fəaliyyət göstərməsinin həm əlilliyi olan şəxslərlə, həm də gənclərlə, onların sosial müdafiəsi ilə bağlı aparılan fəal və məqsədyönlü siyasətin növbəti bariz təzahürü olduğunu vurğulayıb. Ölkəmizin hərtərəfli inkişafı proseslərində YAP-ın daim yaxından və fəal iştirak etdiyini qeyd edən Ə.Əhmədov bildirib ki, partiya gənclərlə bağlı layihələrə, həmçinin sağlamlıq imkanları məhdud gənclərin sosial müdafiəsi tədbirlərinə də mühüm yer ayırır, həmçinin Peşə Reabilitasiya Mərkəzi də diqqətdə saxlanılır və bu istiqamətdə nəcib bir addım olaraq, YAP tərəfindən mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclərin müxtəlif tədbirlərə aparılıb-gətirilməsi, ekskursiya və gəzintiləri üçün avtobusun hədiyyə edilməsi qərara alınıb. Sonra YAP tərəfindən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə yeni avtobus təqdim olunub. Sağlamlıq imkanları məhdud gənclər bütün sahələrdə  Prezident qayğısını hiss etdiklərini vurğulayıb və  dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar YAP tərəfindən mərkəzə yeni avtobusun hədiyyə edilməsinə görə partiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Əli Əhmədov və Səlim Müslümov daha sonra ƏƏSMN-nin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində olublar.  Mərkəz  Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan 16 yaşdan yuxarı əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilməsi ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasına xidmət edir. Burada dərman preparatları ilə yanaşı, səmərəli  fizioterapevtik müalicə prosedurlarından da geniş istifadə olunur. Əlilliyi olan şəxslərin dərman preparatları ilə yanaşı aşağıdakı fizioterapevtik müalicə proseduralarından istifadə dərman preparatları ilə yanaşı aşağıdakı fizioterapevtik müalicə proseduralarından istifadə  dərman preparatları ilə yanaşı aşağıdakı fizioterapevtik müalicə proseduralarından istifadətibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, həmçinin mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi və s.  istiqamətlərdə işlər aparılır.

S.Müslümov bildirib ki, hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir: “Ötən il bu müəssisələrdə 7837 nəfər, cari ilin ilk rübündə isə 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Bu müəssisələrdə müasir tələblərə uyğun xidmət şəraitinin yaradılması üçün müvafiq işlər görülür. Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri başa çatıb və yenidən istifadəyə verilmək ərəfəsindədir.  Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında, Bakı şəhər Uşaq Bərpa Mərkəzində isə əsaslı təmir işləri aparılır. Nazirliyin digər bir sıra bölgələrdəki bərpa mərkəzlərində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Biz təmir işləri başa çatdırıldıqdan sonra bu müəssisələri müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz etməklə bərabər, onlarda sosial reabilitasiya yönümlü xidmətlər şəbəkəsini genişləndirməyi nəzərdə tuturuq”.

Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinə baxış zamanı mərkəzdəki mövcud şəraitin müasir tələblərə cavab vermədiyi, binanın divarlarının, döşəmə və tavanının yararsız halda olduğu müşahidə edilib, burada əsaslı təmir işlərinin aparılmasına, yaxud  yeni binanın tikintisinə ehtiyac olduğu müəyyən edilib.

Ə. Əhmədov və S. Müslümov ƏƏSMN-nin Sumqayıt şəhərindəki 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yeni inzibati binasının açılışında iştirak ediblər. S.Müslümov bildirib ki, ƏƏSMN-nin 38 region üzrə TSEK-ləri fəaliyyət göstərir ki, ötən ilin ortalarından onlarda  əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması üçün müvafiq işlərə başlanılıb. Ötən müddətdə bu Komissiya də daxil olmaqla artıq 21 region üzrə TSEK yeni inzibati binalarla, tibbi-sosial ekspertiza üçün müasir iş şəraiti və müayinə avadanlıqları ilə təmin ediliblər. Bu Komissiyaların yalnız iş şəraiti deyil, onların iş üsulları da müasirləşdirilir. Yəni əlillik təyinatında avtomatlaşdırılmış mexanizmin tətbiqinə başlanılıb və tibbi-sosial ekspertiza üçün müvafiq qurumlar arasında elektron sənəd mübadiləsi təmin olunur. Nəticədə, əlillik müayinəsi prosesində komissiya əməkdaşları ilə vətəndaşlar arasında ünsiyyət azalır ki, bu da şəffaflığın təminatına yönəlib. Tədbirdə TSEK üçün yaradılmış yeni iş şəraitinə, müayinə cihazlarına, göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxış olub, Komissiyanın əməkdaşlarına əhaliyə xidmətin layiqli və şəffaf şəkildə həyata keçirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası işinin bərpa-müalicə müəssisələri ilə əlaqəli təşkili və s. barədə  tapşırıqlar verilib.

ƏƏSMN-nin Paralimpiya İdman Kompleksinə gələn Ə.Əhmədov və S.Müslümov Kompleksdə əlilliyi olan idmançıların təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şəraiti nəzərdən keçiriblər. Kompleksdə müasir avadanlıqla təchiz olunmuş akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu vardır. Binada əlilliyi olan şəxslərin sərbəst, maneəsiz hərəkəti, müxtəlif idman növləri ilə məşğul olmaları üçün lazımi şərait mövcuddur. Hazırda paralimpiyaçılar Kompleksdə “Bakı 2015” Avropa Oyunlarına hazırlaşırlar. Paralimpiyaçılar  Prezident cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da doğruldacaqlarını, qələbələr seriyasını uğurla davam etdirəcəklərini vurğulayıblar.

Ə.Əhmədov və S.Müslümov  ƏƏSMN-nin Abşeron rayonunun Saray qəsəbəsindəki  2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində də olublar. Bildirilib ki, hazırda ƏƏSMN-nin tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Şaqan qəsəbəsində 1 saylı və  Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sosial xidmət müəssisələri fəaliyyət göstərir. Onlarda ümumilikdə 300 nəfərdən çox uşaq tam dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün ən müasir tələblərə uyğun olan, nümunəvi şərait yaradılıb. Tədbir iştirakçıları müəssisədə uşaqların yaşayışı, hərtərəfli qayğı ilə təmin olunması üçün yaradılan şəraiti, onların reabilitasiyası üçün aparılan işləri nəzərdən keçiriblər.