YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ölməz, Vətən bölünməz!

Birinci Qarabağ müharibəsi şəhidi İbrahimov Valeh Allahyar oğlunun anım günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri şəhid Valeh İbrahimovun məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Çıxış edənlər Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Qeyd edək ki, 1973-cü il oktyabrın 4-də Lerik rayonunda anadan olan şəhid Valeh İbrahimov 1994-cü il yanvarın 12-də Qarabağ döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Onun adı ölümündən sonra Lerik rayon İnteqrasiya təlimli İnternat tipli Gimnaziyaya verilib.