YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyulda Astanada Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa Komissiyasının növbəti dördtərəfli görüşünün keçirilməsi planlaşdırılır

İyulda Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Türkiyə və Türkmənistanın yanacaq-energetika sahələrinin rəhbərlərinin, habelə Avropa Komissiyasının nümayəndələrinin iştirakı ilə növbəti dördtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib. “Biz Türkmənistan, Azərbaycan və Türkiyənin yanacaq-energetika sahələrinin rəhbərləri ilə keçən ay Aşqabadda keçirilən görüşdə Transxəzər qaz kəməri layihəsini və layihə ilə bağlı işçi qrupun yaradılmasını müzakirə etdik”, - M.Şevçoviç qeyd edib.

O bildirib ki, Avropa İttifaqı Türkmənistanın təbii qazının Xəzər dənizi vasitəsilə Avropaya nəql edilməsinə tam dəstək olacaq.

Transxəzər qaz kəməri vasitəsilə Türkmənistan qazı Xəzər dənizindən keçməklə “Cənub” qaz dəhlizi ilə Avropaya nəql edilə bilər.