YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd edilib

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd edilib.

Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub. 

Konfransda öncə Ulu Öndərin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılıb. K.Qurbanlı ötən 30 il ərzində partiyanın rayon təşkilatının Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, bu gün də partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici dövlət siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman çağırışlara sədaqət nümayiş etdirirlər.

RİH başçısı Faiq Qürbətov çıxış edərək rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan, hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib. Onun sözlərinə görə, bu gün sıralarında 700 mindən çox insanı özündə birləşdirən partiya gücünü xalqdan alır

Sonda rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.