YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünya siyasətində özünü təsdiq etmiş bir gücdür

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində Prezident İlham Əliyev bir çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Cənab Prezidentin çıxışları təkcə ölkəmizdə deyil, region ölkələrində, o cümlədən dünya mətbuatında da diqqətlə izlənilir. Çünki bu gün Azərbaycan dünya siyasətində özünü təsdiq etmiş bir gücdür. Cənubi Qafqazın lider dövləti olan  Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regionda ən etibarlı tərəfdaşdır. 44 günlük Vətən müharibəsinin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir.

Cənab İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Ermənistanın 30 illik işğalı zamanı şəhər və kəndlərimizi dağıtmaqlarına, misli görünməmiş vəhşiliklər törətmələrinə baxmayaraq, Azərbaycan dövləti Ermənistana bir-birinin ərazi bütövlüyünün və suverenliyini tanımağa, sülh müqaviləsi imzalamağı təklif edir. Bu isə bir daha bütün dünyaya bizim  nə qədər humanist və sülhsevər olduğumuzu nümayiş etdirir. Ona görə də Ermənistan və havadarları postmüharibə dövründə yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir. Ermənistanın siyasi və hərbi rəhbərliyi unutmamalıdır ki, Azərbaycan Ordusu işğalçıları darmadağın etmək üçün cəmi 44 gün vaxt sərf etdi. Əgər onlar bundan sonra da yenə müharibə sevdasına düşənlər başları üzərində yenidən “dəmir yumruğ”u görəcəklər.

Müsahibə zamanı cənab İlham Əliyev 2023-cü ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş açıqlama verib. Xüsusən  2023-cü ili  Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar. Ötən iki ildə olduğu kimi bu ildə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin  diqqət mərkəzində saxlanılacaq. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi  siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir.

Qeyd  etdiyimiz reallıqlar, o cümlədən 2003-ci ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, cənab İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.