YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıya qoyulan bütün vəzifələr icra edilir

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Bu gün Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Dövlətimiz tərəfindən idmanın bütün sahələrinin inkişafı üçün xeyli işlər görülür, idmançılara yüksək səviyyədə qayğı və diqqət göstərilir. İdmançılarımız da dövlətimizin onlara göstərdiyi bu qayğıdan ruhlanaraq ən mötəbər beynəlxalq idman yarışlarında ardıcıl nailiyyətlər əldə edir, xarici dövlətlərdə şanlı bayrağımızı yüksəklərə qaldırır, ölkəmizi tanıdırlar.

2022-ci il də idmançılarımız üçün uğurlu il oldu. Qarşıya qoyulan bütün vəzifələr icra edilərək, idmanın dinamik inkişafına nail olundu. İdmançılarımızın müxtəlif yarışlarda və beynəlxalq turnirlərdə qazandıqları möhtəşəm qələbələr Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyir. Ötən ilə nəzər salsaq görərik ki, idman sahəsində olduqca yüksək nailiyyətlər əldə olunub. İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar. Yarışlarda qazanılan medalların 300-ə yaxını qızıldı. Nəzərə alsaq ki, bütün dünyada idman sahəsində rəqabət durmadan artır, o zaman qazanılmış qələbələrin heç də asan əldə edilmədiyini deyə bilərik.

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev geniş nitq söyləmiş, Azərbaycanın idman perspektivləri haqqında fikirlərini təhlil etmişdir. Azərbaycanda idmanın inkişafı üçün görülmüş işlərdən, əldə edilmiş nailiyyətlərdən danışan Ölkə başçısı idman sahəsinin əhəmiyyətini qeyd etdi: “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.”

Azərbaycan gəncliyi elm, idman, incəsənət sahələrində, ümumiyyətlə, ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Dövlətimiz tərəfindən ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə daim məqsədyönlü islahatlar həyata keçirilir.