YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnqilabi dəyişikliklər...

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsi də böyük tənəzzülə uğramışdı. Bəzi idman növləri öz fəaliyyətlərini tam dayandırmış, adlı-sanlı idmançılarımız digər ölkələrə üz tuturdular. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra Azərbaycan idmanında müsbət istiqamətdə böyük inqilabi dəyişikliklər həyata keçirildi. Gənclərin idmana cəlb edilməsi və beynəlxalq idman arenalarında Azərbaycan idmançılarının yüksək nəaliyyətlər əldə etmələri üçün böyük işlərin görülməsinə start verildi. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə ölkənin demək olar ki, bütün şəhərlərində ən müasir tipli Olimpiya İdman Kompleksləri inşa edildi. Gənclərimiz kütləvi şəkildə böyük həvəslə idman arenalarına gələrək professional şəkildə idmanla məşğul olmağa başladılar. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medalların sayı artmağa başladı. 2022-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 300-ü qızıl olmaqla, ümumilikdə 800 medal qazanıblar.

Dövlət tərəfindən idmançılara böyük dəstək və qayğı göstərilir.  Olimpiya və digər beynəlxalq turnirlərdə qələbə qazanmış idmançılar və onların məşqçiləri yüksək məbləğdə pulla mükafatlandırılır, eləcə də ölkə başçımız tərəfindən veteran idmançılarımıza mənzillər bağışlanır.

Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan dövlətinin idmançılara göstərdiyi diqqət və qayğıdan, eləcə də idman sahəsində görüləcək işlər barədə çıxış etdi. Bu gün Prezident İlham Əliyevin Azərbaycanda idmana və idmançılara göstərdiyi diqqət sayəsində ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Artıq işğaldan azad edilmiş bütün şəhərlərdə də yeni idman arenalarının tikilməsi planlaşdırılır.