YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya ilə Çin arasında 30 illik qaz müqaviləsi imzalanıb

Rusiya ilə Çin arasında dəyəri 290 milyard dollar qiymətləndirilən təbii qaz təchizatı üzrə müqavilə imzalanıb. 30 illik müqavilə Şanxayda keçirilən sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə imzalanıb. Sözügedən müqavilə Rusiya qazı üçün yeni satış bazarının yaradılması deməkdir.

Razılaşmaya əsasən, “mavi yanacaq” Sibirin qaz yataqlarını Çinin yaxınlıqda yerləşən iri şəhərləri ilə birləşdirən boru kəməri vasitəsilə ötürüləcək. Rusiyanın “Qazprom” şirkəti ilə Çin Milli Neft Korporasiyası arasındakı razılığa əsasən, qazın təchizatı 2018-ci ildən başlayacaq.

DİGƏR Xəbərlər Arxiv