YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız və dövlətimiz şəhidlərimizin ruhuna ehtiramla yanaşır

Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Rzayev Hacırza Fikrət oğlunun doğum günündə əziz xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədrinin, rayon icra hakimiyyəti başçısının, rayon ictimaiyyətinin, partiya fəallarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhid Hacırza Rzayevin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.