YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Antalya Bəyannaməsi qəbul ediləcək

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işini davam etdirir.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Yanvarın 9-da Assambleyanın İqtisadiyyat və Davamlı inkişaf üzrə Daimi Komitəsinin iclası keçirilib.

Parlamentarilər komitənin gündəliyində olan məsələlər ətrafında fikir və mülahizələrini bölüşüb, qurumun fəaliyyətinin səmərəliliyi üçün təkliflər ediblər.

Gün ərzində Asiya Parlament Assambleyasının digər komitələrinin iclasları keçiriləcək, növbəti fəaliyyət dövrü üçün sədrliyə namizəd məsələsinə baxılacaq, Antalya Bəyannaməsi qəbul ediləcək.