YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Nərimanov rayonunda bayram sovqatları paylanılıb.

Humanitar yardım aksiyası çərçivəsində 60-dan çox şəhid, qazi və aztəminatlı ailəyə AVRORA Group MMC-nin istehsalı olan ərzaq məhsullarından ibarət yardım bağlamaları təqdim olunub.

Aksiyanın keçirilməsinə YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Baku Steel Company, AVRORA MMC, GESCO ASC, MuğanBank ASC, ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi və Təcili Yardım Avtobazası PHŞ dəstək göstərib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. S.Vəliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Şəhid, qazi və sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin daim diqqətdə saxlanıldığı qeyd edilib.

Ərzaq bağlaması təqdim olunan ailələr göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, humanitar yardım aksiyası 27-28 dekabr tarixlərində keçirilib.