YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı "Həmrəylik" aksiyasına start verdi

Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Ucar rayonunda bir çox şəhid və qazi, tənha, kimsəsiz və aztəminatlı ailələrə dəstək məqsədilə "Həmrəylik" aksiyası keçirilməyə başlanılıb. Dəstək aksiyasının ilk mərhələsində 100-lərlə Ucar rayon sakininə ərzaq bağlamaları təqdim edilməkdədir. Həmçinin vətəndaşların problemləri və onları narahat edən məsələlər öyrənilib.

2023-cü ilin 10 yanvar tarixidək davam edəcək "Həmrəylik" aksiyası 300-dən çox ailəni əhatə edəcək.