YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri qayğı ilə əhatə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 4 nömrəli, 36 nömrəli ərazi partiya təşkilatlarının üzvləri və Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin müəllim kollektivi şəhid Allahverdiyev Allahverdi Əli oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhidimizin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.