YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Laçın dəhlizinə alternativ yolun çəkilməsi müsbət bir təcrübədir

Azərbaycan dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan etnik ermənilərin, oraya aid olan insanların Azərbaycanda yaşamaq hüququ var.

Bu sözləri dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan dövləti bu mövzuda dialoqun aparılmasına açıqdır və bu istiqamətdə bir sıra addımlar atıb. Sözügedən sahədə həssaslığı nəzərə alaraq, addım-addım irəliləmək lazımdır.

Laçın dəhlizinə alternativ yolun çəkilməsini müsbət bir təcrübə adlandıran Ceyhun Bayramov deyib: “Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Lakin ləkəli keçmişi olan şəxs bölgəyə göndərilir. Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır”.