YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazilərə diqqət və qayğı göstərilir

Astara rayonu Məçitməhəllə kənd sakini Vətən müharibəsi qazisi Əliyev Samir Daşqın oğlu ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Suparibağ kənd icra nümayəndəsi İlkin Quliyev və partiya fəalları qaziyə baş çəkib, onun səhhəti ilə maraqlanıblar.

Samir Əliyev dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, qazi Samir Əliyev 2020-ci il oktyabrın 10-da Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.