Xəbərlər
Latviya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib
Latviya Respublikasının Prezidenti Egils Levitsdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir: "İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.
Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".