YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Fransa hökuməti Azərbaycandan demokratiya öyrənməlidir

“Tarix boyu işğalçılıq siyasəti yürüdən və separatizmə dəstək verən  Fransa, dünyanın 50-dən çox ölkəsini işğal etmiş, həmin ölkələrdə günahsız insanlara qarşı qətliamlar törətmiş, sərvətlərini talan etmişdir. Bundan başqa Fransa Senatında bəynəlxalq hüququn kobud şəkildə pozulduğu qətnamələr də qəbul edilmişdir. Bütün bu faktlar Fransanın müstəmləkə və separatizmə dəstək siyasətinin sübutu olmaqla yanaşı özü kimi təcavüzkar və işğalçı olan bacısı Ermənistana dəstəyinin izahıdır.

Fransanın təcazüvünə məruz qalan xalqlardan biri də Korsika xalqıdır. 250 ildən çoxdur ki, davamlı şəkildə Korsika xalqına divan tutan Fransa dövləti xalqı bütün hüquqlardan məhrum etmiş, zaman-zaman xalqa qarşı anti-terror əməliyyatları adı altında qırğınlar törətmişdir. Eyni zamanda Korsikada ictimai fəallar Fransa hökuməti tərəfindən əsassız ittihamlarla həbsə atılır, onlara ağır fiziki və mənəvi işgəncələr verilir. Son günlər Fransa hökuməti Korsikada xalqa qarşı repressiv siyasətini daha aqressivləşdirib. Dünya ictimaiyyəti Fransanın işğalçılıq siyasətinə və Korsika xalqına qarşı törətdiyi insanlığa sığmayan hərəkətlərinə göz yummamalıdır. Özünü Demokratiyanın beşiyi adlandıran əslində isə demokratiyaya qara ləkə olan Fransa dövləti törətdiyi bütün qətliamlara və talanlara görə beynəlxalq hüquq qarşısında cavab verməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Fransa dövləti Azəbaycana qarşı da ikiüzlü və riyakar siyasət nümayiş etdirməkdədir. Azərbaycanın İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazanması, eyni zamanda dünya miqyasında nüfuzunun və qüdrətinin artması Makronu və Fransa hökumətini ciddi narahat etməyə başlayıb: “Yaxşı olardı ki, Fransa Azəbaycana qarşı da ikiüzlüvə riyakar siyasət nümayiş etdirmək və terror dövləti olan Ermənistanı dəstəkləmək əvəzinə 50-dən çox ölkədə törətdiyi qətliamlar, işğallar, həmin dövlətlərin sərvətlərini talan etməsi haqqında düşünsün. Və 30 ildirki ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana sülh təklif edən humanist Azərbaycan dövlətindən demokratiya öyrənsin!”