YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın müdafiə naziri: Yaşıl enerji layihəsi tarixi əhəmiyyət kəsb edir

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri Türkiyədə görüşüblər.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda görüşdə regionda təhlükəsizlik, sülh və sabitlik məsələlərinin diqqət mərkəzində olduğu bildirilib. Qeyd edilib ki, nazirlər sülh, sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıblar. Görüşdə, eyni zamanda, birgə həyata keçirilən mühüm layihələr müzakirə edilib.

Cuanşer Burçuladzenin sözlərinə görə, yaşıl enerji layihəsinin həyata keçirilməsi tarixi əhəmiyyət kəsb edir və bunu bir neçə gün əvvəl Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan liderlərinin imzaları da təsdiqləyib.

Görüşdə tərəflər, həmçinin müdafiə sahəsində ikitərəfli əməkdaşlığın istiqamətlərini, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlıq və çoxmillətli hərbi təlimlərdə birgə iştirak məsələlərini müzakirə ediblər.