YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ottava şəhərinin meriyası önündə Azərbaycanın dövlət bayrağı ucaldılıb

Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən 28 May – Respublika günü münasibətilə bu ölkənin paytaxtı Ottava şəhərinin meriyası önündə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

Səfirlikdən bildiriblər ki, tədbirdə Ottavada yaşayan Azərbaycan icması və ölkəmizin Kanadadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika Gününün əhəmiyyətindən danışmış və Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu və bir sıra qərb dövlətlərindən əvvəl qadınların seçki hüququnu tanıdığını vurğulayıb. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə üzləşdiyi problemlərdən, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsindən danışıb.

Daha sonra Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli dövlət bayrağımız Ottava şəhərinin meriyası önündə ucaldılıb.