YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyəti Şimali Makedoniya Respublikasında səfərdədir

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər edib.

Şimali Makedoniya Türk Demokratik Partiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Türk Demokratik Partiyasının sədri Beycan İlyas ilə görüşü olub.

Eyni zamanda, YAP Sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşü nəzərdə tutulur. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 2007-ci ildən Şimali Makedoniya türklərinin rəsmi bayramı kimi qeyd edilən 21 dekabr – Türkcə Təhsil Günü münasibətilə keçiriləcək təntənəli tədbirdə iştirak edəcək. 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli təmsil olunurlar.