YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqdadır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü keçirilib. Zirvə görüşündə 3 ölkə arasında ticarət, enerji və nəqliyyat sahəsində də əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyev zirvə görüşündəki çıxışında Türk dövlətləri və xalqları arasında siyasi-mədəni bağların möhkəmləndirilməsinə və Azərbaycanın bu yöndə siyasi mövqeyinə dair bir neçə mühüm məqama toxundu. Cənab İlham Əliyevin bu və bundan əvvəlki görüşlərdə səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, müstəqil Türk respublikaları dərin tarixi, etnik, dini-mənəvi bağlılığa söykənən potensial inteqrasiya imkanlarını gerçəkləşdirmək əzmindədirlər. Bu mənada Ümumtürk inteqrasiyasının reallaşması, türk xalqlarının bir araya gəlməsi, ortaq dəyərlər təməlində sülhpərvər birgəyaşayış ənənələrinin möhkəmlənməsi ilə yanaşı, həm də bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə böyük töhfə verəcəyi şübhəsizdir.

Böyük Avrasiya coğrafiyasında inteqrasiyanı Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Tarixən mövcud olmuş nəqliyyat marşrutlarının bərpa edilməsi və yeni marşrut dəhlizlərinin yaradılması müasir dövrdə hər bir dövlətin qarşısında strateji vəzifə kimi dayanır. Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Bugünə qədər Türk dünyasında siyasi bağların və müştərək maraqların təminində Qarabağ münaqişəsi əngəl rolunu oynayırdı. Ancaq Qrabağ münaqişəsinin Azərbaycanın lehinə başa çatmasından sonra  Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə əməkdaşlığın formatına yeni rənglərin qatılmasını şərtləndirdi. Xüsusən Zəngəzur dəhlizi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Çünki dəhliz vasitəsilə Asiya Avropaya birləşəcək. Bu hayihənin reallaşması ilə bütün geosiyasi qüvvələr Azərbaycanın  mövqeyi, atdığı addımlar, uğurlu iqtisadiyyat və nəqliyyat layihələri ilə sözsüz ki, hesablaşacaqlar. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan və Türkiyə, ümumilikdə, Avrasiyanın orta xəttində hər kəs üçün yeni bir səhifə açacaq.

Həmçinin Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk Dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.