YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan Türk dünyasında böyük nüfuza malikdir

“Bu gün Azərbaycan beynəlxalq aləmlə yanaşı Türk dünyasında da etibarlı tərəfdaş olaraq böyük nüfuza malikdir. Türkdilli ölkələr arasında əlaqələrin inkşafında  aparıcı rol oynayan ölkəmiz türk dünyasının sıx birləşməsi istiqamətində də böyük səylər göstərmiş və töhfələr vermişdir. Eyni zamanda Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələr üzrə daha da möhkəmləndirilməsidir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dekabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistanda təşkil edilən Üçtərəfli Zirvə Görüşündə iştirakı ölkəmizin Türk dünyasındakı yüksək nüfuzunun növbəti göstəricisidir. Üçtərəfli Zirvə Görüşündə çıxış edən Prezidenti İlham Əliyev Azərbaycan Türkiyə və Türkmənistan dövlətlərinin bir-biri ilə etnik, dini-mədəni köklərlə, ortaq mənəvi dəyərlərlə sıx bağlı olduğunu və bu dəyərlərin ölkələrimiz arasındakı mövcud əməkdaşlığın inkşafına imkanlar yaratdığını qeyd etdi. Ölkələrimiz  arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev hər üç ölkənin beynəlxalq təşkilatlarda və təsisatlarda hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsini vurğuladı. Daha sonra ölkə başçımız İlham Əliyev Zəngəzur Dəhlizi ilə bağlı bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizinin yaranacağını bildirdi. Eyni zamanda Prezidenti İlham Əliyev Azərbaycanın tranzit ölkəsinə çevrilməsi, regionun loqistik potensialı haqqında da ətraflı məlumat verdi: “Ümumilikdə Türkmənistanda təşkil edilən Üçtərəfli Zirvə Görüşü Türk Dünyası ölkələri arasındakı əlaqələrin gələcək inkşafına böyük töhvə və təkan verəcəkdir.”

DİGƏR Xəbərlər Arxiv