YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birgə layihələr türk dünyasının inkişafına böyük töhfələr verəcək

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri 

2022-ci ilin dekabrın 14-də  Türkmənistanda ilk dəfə olaraq  Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşü keçirildi. Bu görüşdə ölkələr arasında yeni qlobal miqyaslı enerji, nəqliyyat layihələri ilə hansı gücə qadir olduqlarını  bütün dünyaya nümayiş etdirdilər.  

Keçirilən görüşdə  liderlərin imzaladıqları mühüm sənədlər onu  göstərdi ki, əldə edilən razılıqlar yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın  bundan sonra da gücləndirilməsinə mühüm töhfələr verəcək.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri hər zaman yüksək səviyyədə olub. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərini möhkəm strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 5 il öncə, 2017-ci ildə isə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.

Türkdili dövlətlərin birliyini hər zaman təqdir edən və bu prosesə öz dəstəyini, töhfəsini verən  Prezident İlham Əliyev vurğulayıb ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk dünyası böyük bir ailədir. Ona görə də bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərilməsi vacib şərtlərdəndir.

Bu səfər Prezident İlham Əliyevin bu il Türkmənistana sayca ikinci səfəri idi. Dövlət başçısı bu dəfəki səfər çərçivəsində 3 görüş keçirdi. Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla, ölkə Prezidenti Sərdar Berdiməhəmmədovla və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüşlərdə vurğulanıb ki, Birinci Zirvə Görüşü ikitərəfli əlaqələri qardaşlıq münasibətlərini bundan sonra daha da gücləndirəcək. Həmçinin tarixi bağlar üzərində qurulmuş münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət impuls verəcək.

Üç qardaş ölkənin liderləri Xəzərin Türkmənistana aid olan hissəsində yaradılmış Avaza istirahət və möhtəşəm kurort mərkəzində reallaşan ilk Zirvə görüşündən sonra 5 mühüm sənəd imzaladılar. Bu sənədlər qardaş ölkələr arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli sənədlər kimi enerji ehtiyatları tədarükünün şaxələndirilməsinə, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə  yol açacaqdır.

Əminliklə söyləyə bilərik ki, liderlərin görüşü, imzalanan yeni sazişlər Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq. Prezident cənab İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi kimi, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir.

DİGƏR Xəbərlər Arxiv