YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üçün hazırlıqlar aparılır

Şərq Tərəfdaşlığı bizə əməkdaşlığın genişləndirilməsi üçün daha çox fürsət yaradır. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üçün hazırlıqlar aparılır. Bunun nəticəsində ticarət və əməkdaşlıq istiqamətində yeni imkanlar yaranacaq.

Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko cari ilin yekunlarına həsr olunmuş media brifinqində söyləyib.

Vətəndaş cəmiyyətinin dəstəklənməsinin vacibliyindən danışan səfir deyib: “Bu, qarşılıqlı təmasla təmin olunan prosesdir. Vətəndaş cəmiyyətinin fəaliyyətində adekvat şərait təmin edilməlidir. Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün məkan daraldılmamalıdır və qrantların alınması üçün çıxışların bərpası vacibdir”.

Peter Mixalko əlavə edib: “Biz, həmçinin qanunun aliliyinə də istinad edirik. Azərbaycanla olan digər ortaq fəaliyyət nöqtəmiz Avropa Şurasıdır. Biz burada, həmçinin insan hüquqları, məhkəmə sistemini, vətəndaş sistemini nəzərdə tuturuq”.