YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturu yaradılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin birgə iclasında deyib.

Nazir bildirib ki, müasir İpək yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rol oynayır.

“Lapis-Lazuli” layihəsinin də önəmini vurğulayan Ceyhun Bayramov bildirib ki, enerji təhlükəsizliyinin aktuallığının əhəmiyyətli dərəcədə artması dövlətlərimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini nümayiş etdirir.