YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Gədəbəy rayonu Aşıqlar evində tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Rüstəm Nağıyev ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz rolundan, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider illər ötsə də qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıblar.