YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ömrünü xalqına həsr edən Lider”

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ömrünü xalqına həsr edən Lider” mövzusunda tədbir keçirib.

Əvvəlcə laçınlıların müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub, büstü önünə tər çiçəklər düzülüb.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Ulu Öndərin şərəfli ömür yolundan bəhs edib. Bildirib ki, 1993-cü ilin iyun günləri yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında çox çətin, məsuliyyətli bir dövr idi. Belə ki, respublikamız məhv olmaq, parçalanmaq, tarix səhnəsindən silinmək təhlükəsilə üz-üzə qalmışdı: “Həmin dövrdə ölkə rəhbərliyində olan şəxslərin səriştəsizliyi, təcrübəsizliyi, yarıtmazlığı ucbatından respublikamızın hər yerində xaos, anarxiya, özbaşınalıq hökm sürürdü, demək olar ki, ölkə faktiki olaraq idarə olunmurdu. Xalq belə bir məqamda ulu öndər Heydər Əliyevə müraciət etdi. Doğma Azərbaycanı canından əziz sevən Ümummilli Liderimiz xalqın bu müraciətini müsbət qarşıladı və böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü. Qısa müddət ərzində Azərbaycanda ictimai-siyasi sabitlik əldə olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, çətinliklə olsa da ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi başlandı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsindən xilas edildi”.

İ.İlyasov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş möhtəşəm Zəfərin əsası ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə qoyulub. Bu gün Ulu Öndərin siyasi kursu, onun dəsti-xətti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla, qətiyyətlə və layiqincə davam etdirilir. Ulu Öndərin bizlərə miras qoyduğu müstəqil Azərbaycan ictimai-siyasi həyatımızın bütün sahələri üzrə inkişaf edir, çiçəklənir və beynəlxalq aləmdə qüdrətli bir ölkəyə çevrilir.

Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, müasir Azərbaycanın yüksəlişinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.