YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin ruhu şaddır!

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

XX əsrdə böyük şəxsiyyətlər yetişdirmiş, nəhəng dövlətlər qurmuş Azərbaycan xalqı üçün bir çox tarixi hadisələrlə əlamətdar olmuşdur. Belə ki, ötən əsrin əvvəllərində kapitalizmin ziddiyyətli və çətin dövrlərini yaşadığı, müxtəlif ideologiyaların mübarizəyə qoşulduğu dünyada gedən mürəkkəb proseslər əksər Qərb dövlətlərinin də cəlb olunduğu qlobal müharibəyə gətirib çıxardı. Yuxarıların idarə edə bilmədiyi və aşağıların tabe olmadığı ortamda bir çox imperiyaların dağılması Azərbaycan xalqına yenidən öz müstəqil dövlətini qurmaq fürsətini yaratdı.

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə müstəqilliyini itirsə də, həmin tarixi presedent onun xələfi Azərbaycan Respublikasının SSRİ-nin müttəfiq respublikalarından birinə çevrilməsinə şərait yaratdı. Həmin reallıq isə xalqımızın nə qədər totalitar rejim əsarəti altında olsa da, özünü yeni tarixi şəxsiyyətlərini, nəhayət liderini yetişdirməyə mane olmaması üçün önəmli idi.

Beləliklə, XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyətlərdən biri, daha doğrusu, ən öndə gedən lideri Ulu Öndər Heydər Əliyev oldu. Heydər Əliyev şəxsiyyətinin daha bir böyüklüyü onda idi ki, XX əsrdə xalqımızın yetişdirdiyi tarixi lider həmin yüzilliyin sonunda müstəqil Azərbaycanı bütün bəlalardan xilas etdi, eyni zamanda dövlətimizin XXI əsrdə qət edəcəyi yol xəritəsini də müəyyənləşdirdi. 

Belə ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsi xalqımızın mədəniyyət, ədəbiyyat, incəsənət və milli adət-ənələrin qorunub saxlanması baxımından xüsusi rol oynasa da, müstəqil Azərbaycana rəhbərlik etməsi daha çox hərbi, siyasi, iqtisadi nöqteyi-nəzərdən mühüm tarixi önəmə sahib idi. Belə ki, 1991-ci ildən başlayaraq, bir neçə ildə ölkədə baş verən faciəli hadisələr, dövlət çevrilişləri və işğal faktoru ilə mövcudluğu təhlükə altında düşən müstəqil Azərbaycan Respublikası Ümummilli Liderin yenidən hakimiyyətə gəlməsi və idarəçilik sükanı arxasına keçməsi ilə qurtuluş dövrünə qədəm qoydu.

1993-cü ilin iyunun 15-də ovaxtkı parlamentin səlahiyyətlərini daşıyan Ali Sovetin Sədri seçilən Ulu Öndər payızda keçirilən prezident seçkilərinin nəticəsinə uyğun olaraq mütləq şəkildə dövlətin başçısı vəzifəsini icra etməyə başlayan kimi Azərbaycan olduqca gərgin olan cəbhədəki vəziyyətdə də dönüş yarada bildi. Qətiyyətli əks-hücumdan sonra 1994-cü ilin may ayında qədər işğal edilmiş bir çox ərazilərin geri qaytarılması düşməni atəşkəs sazişi imzalamağa vadar etdi.

Təbii ki, cəbhədə əldə edilən atəşkəs Azərbaycan Respublikasının daxili siyasi və iqtisadi böhrandan xilas olmaq, pərakəndə şəkildə olan ordu biləşmələrinin eyni mərkəzdən idarə edilməsi, dövlətdə vəzifə daşımayan ayrı-ayrı şəxslərin təsirində olan silahlı dəstələrin buraxılması, gələcək iqtisadi inkişaf üçün mühüm addımlar atılması üçün mühüm perspektiv vəd edirdi. Ulu Öndərin misilsiz siyasi səriştəsi, idarəçilik bacarığı, diplomatik gedişləri və uzaqgörənliyi qeyd edilən məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsinə imkan verdi. Düzdür, 1994-cü ilin sentyabrında Azərbaycanın iqtisadi inkişafı və neft sənayesinin gələcəyi üçün mühüm önəm daşıyan “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra, habelə 1995-ci ilin martında ölkədə siyasi sabitliyi pozmaq üçün təxribatlar və dövlət çevrilişinə cəhdlər oldu. Amma daxili və xarici düşmənlər güclü liderin siyasi səriştəsi qarşısında məğlub oldular.

Bununla da Azərbaycan Respublikası dinc quruculuq dövrünə qədəm qoydu. Bir tərəfdən torpaqlarının işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə məşğul olan dövlət başçısı, digər tərəfdən ölkəmizdəki siyasi, sosial-iqtisadi, hüquqi baxımdan vacib olan mühüm addımlar atdı. 1995-ci ildə müstəqilliyin bərpasından sonra ölkədə ilk dəfə parlament seçkilərinin keçirilməsi, eyni zamanda ilk müstəqil Konstitusiyanın qəbul edilməsi, torpaq islahatının həyata keçirilməsi həmin tarixi addımlardan hesab olunur.

Ümumiyyətlə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə həm hərbi-siyasi, həm sosial-iqtisadi, həm də hüquqi baxımdan çox mühüm perspektivli işlər görülüb. Həmin işlərin əhatə dairəsi, miqyası və sayı o qədər çoxdur ki, onları sadalamaq üçün cild-cild kitablar kfayət etmir.

Ölkədə siyasi sabitlik əldə edildikdən, iqtisadi inkişaf və ordu quruculuğu üçün mühüm addımlar atıldıqdan sonra Ümummilli Liderin bütün səyləri işğal edilmiş torpaqların azad edilməsinə yönəldilmişdi. Ulu Öndərin əsas məqsədləri sırasında təcavüzkar Ermənistanın işğal etdiyi torpaqların azad olunması, məcburi köçkünlərimizin öz yurdalarına qayıtması idi. Bu məqsədin həyata keçirilməsi üçün ilk növbədə dövlətin ərazi bütövlüyünün təmin edilməsi, sərhədlərinin müdafiəsi üçün xüsusi nizam-intizama malik ordu qurulması yönündə ciddi işlər görüldü. Eyni zamanda, diplomatik müstəvidə münaqişənin sülh yolu ilə həll üçün intensiv danışıqlar prosesində ökəmiz öz maraqları baxımından mühüm nailiyyətlər əldə edilmişdi. 

Təəssüf ki, münaqişənin həlli üçün mühüm addımlar atılsa da, Ulu Öndərin ciddi cəhdlərinə baxmayaraq, 2003-cü ilə qədər düşmən tapdağı altındakı torpaqlarımızı geri qaytarmaq mümkün olmadı. Buna baxmayaraq, Ümummilli Liderin özü qədər güvəndiyi layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu və ata vəsiyyətini yerinə yetirdi. Şuşanın azad edildiyi gün Ali Baş Komandan tarixi çıxışında deyirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

DİGƏR Xəbərlər Arxiv