YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev siyasi məktəbinin liderlik dərsləri və azərbaycançılıq

Rəna Mirzəzadə

AMEA Fəlsəfəvə Sosiologiya İnstitutu “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsininmüdiri, professor

Ölkələrə başçılıq etmək istəyən şəxslər gərək

çox təcrübəli, dünyanı bilən adam olsun

Ulu Öndər Heydər Əliyev

Siyasi fəlsəfədə fərqli, müqayisəli, müxtəlif ölçü parametrlərindən Rəhbər – liderlərin xarakterik xüsusiyyətləri araşdırılır. Liderlik – ictimai-siyasi mətndə “başçı”, “rəhbər”, “öncül”, “öndəgedən”, “birinci” və s. epitetlərlə də işlənir. Belə ki, Platon “Liderin bilik və ədalətə irsi meyli olmasını”, N.Makiavelli isə “güc, dürüstlük və üslubluğu” hökmdarlığın əsas keyfiyyətləri kimi göstərmişdir. M. Veberə görə liderlər “rasional lider”, “xarizmatik lider”, “qəhrəman lider” kimi ifadələrlə də xarakterizə olunur. V.Hegel ideal lideri “öz missiyasını dərk edən tarixi şəxsiyyət” adlandırmışdır. Bu mənada T.Karleyl: “Bəşər tarixi böyük insanların tarixidir” deyə qeyd etmişdir.

Liderləri təsir miqyaslarına görə də təsnifatlandıran nəzəriyyələr vardır: Məsələn, “aparıcı”, “dövlət lideri”, “ictimai lider”, “qrup lideri”,”birinci”, “siyasi lider”, “milli lider”, “ümummilli lider” və s. Liderlik haqqında siyasi-nəzəri təlimlərdə liderlər xalq və dövlət vəhdətində, həm də ölkə hüdudlarından kənarda real liderlik aparan şəxsiyyətlər kimi qiymətləndirilir. Lider bəlli sosio-siyasi, mədəni-mənəvi, iqtisadi və geosiyasi şəraitətəsir etməklə aparıcı gücə sahib olurlar. Liderləröz ölkəsinin hərbi-siyasi,diplomatik, təhlükəsizlik, sosio-iqtisadi, ideoloji, mədəni strukturunu formalaşdıran quruculardır.

Görkəmli dövlət xadimi Heydər Əliyev dövlət Rəhbərindən Ümummilli Liderliyə qədər yüksələn, həm Azərbaycanda, həm MDB məkanında, həm də qlobal dünyada – qətiyyətli strateq Rəhbər kimi qəbul olunan, güclü, siyasi iradəli, xarizmatik, fenomen Şəxsiyyət idi. Ulu öndərin həyat fəaliyyətində keçdiyi Yol Azərbaycanda “Heydər Əliyev dərsləri”, “Heydər Əliyev məktəbi” adlanır.  Bu məntiqdən Prezident İlham Əliyev vurğulayır ki: “2003-cü ilin oktyabrında Heydər Əliyev xalqa müraciətində görülmüş işlərlə bağlı fikirlərini bildirmiş və əminliyini ifadə etmişdir ki, onun davamçıları onun Yolu ilə gedərək Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər”.

Liderlik barəsində dünya siyasətşünaslıq elmi  təlimində ehtiva edilən bütün keyfiyyətlər Heydər Əliyevin fəaliyyət və şəxsində formalaşır. Siyasi-hüquqi təlimlər üzrə tədqiqatçıların fikrincə, bir şəxs öz millətinə Rəhbər ola bilər və ya birinci şəxs kimi  ölkəni adi idarəçi səviyyəsində idarə edən Başçı ola bilər. Və tarix bu tip rəhbərləri Lider deyil, adi ölkə Başçısı kimi statistik rəqəmdə göstərilən illərdə hakimiyyət dövrünü yazır.

Ulu öndər Heydər Əliyevin Rəhbər olaraq milli dövlətçilik institutu qurucusu, hakimiyyət - idarəçilik səriştəsi, bacarığı ilə onun yüksək səviyyəli Liderlik qabiliyyəti paralellik təşkil edir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda liderlik məktəbinin yaradıcısı oldu və dünya liderlik əməli-nəzəri təliminə strateq-siyasətçi paradiqmal dərslərini yazdı. Ulu Öndər Heydər Əliyev Rəhbər kimi Ümummilli Lider adının üzvü parametrlərini qazanan, qlobal dünya siyasət məkanında qəbul edilən Dövlət Xadimidir. Mükəmməl Rəhbərlik qabiliyyəti, idarəçilik strategiyası, Dövlət xadimi kimi keçirtdiyi ağır, mürəkkəb, məsuliyyətli və çətin siyasi mübarizə yolunun təcrübəsi Heydər Əliyev liderlik məktəbinin dərsləridir. Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin milli inkişaf Yolunu formalaşdıran unikal, əvəzolunmaz Fenomendir. Müstəqil Azərbaycanın suveren hüquqlarının qorunub möhkəmləndirilməsində  Ümummilli Lider adını əxz edən, Xilaskarlıq missiyasını ölkəsində həyata keçirən Lider – Rəhbər obrazıdır.

Bu mənada ilk öncə ulu öndər Heydər Əliyevin çoxşaxəli sahələr üzrə fəaliyyətinin siyasi-nəzəri-hüquqi baxımdan tədqiq edilməsi ölkə və dünya siyasi liderlik məktəbi üçün də əhəmiyyətlidir. İkinci, keçmiş sovet sistemində bütün fəaliyyət sahələri kommunist ideologiyasının hakimi-mütləq olduğu Siyasi Büro tərəfindən idarə ediləndə də, Respublika Başçısı kimi keçmiş SSRİ rəhbərliyinin icazəsi olmadan belə, xalqının Rəhbəri olaraq onun milli mədəni-mənəvi ənənələrini qorudu, ölkəsinin tərəqqisinə çalışdı, “Qoy Ədalət Zəfər çalsın” söyləyərək insan amilini və milli kimlik parametrlərinin müdafiəçisi oldu.

Lider-Rəhbər anlamına siyasi-nəzəri-hüquqi aspektdən baxanda qeyd edək ki, Azərbaycan xalqı müstəqillik zamanı aforizmə çevrilən “Tarix yazan Dahi” “Hakimiyyət ustası” adını “xalq-Heydər, Heydər-xalq” kəlamı ilə əbədiləşdirdi. Ulu öndər  Heydər Əliyevin daima xalqla birlikdə olması Liderə dərin hörmət, rəğbət, istək, ehtiram yaratmışdı. Bu, komponentlər Azərbaycan siyasi liderlik məktəbi tarixində  əlamətdar dövrdür.

Ulu öndər  Heydər Əliyevin cəsarətli, qorxmaz, ən qaynar hadisələrin önündə gedən aparıcılıq qabiliyyəti, hakimiyyəti idarəetmə bacarığı, xalqın ona olan sonsuz inamı vəhdəti paradiqmasıdır. O, müstəqillik dövründə cəmiyyəti tənzimləyən ideoloji sistem - azərbaycançılıq əqidəsində Azərbaycan vətəndaşlarını birləşdirən Böyük Şəxsiyyətdir. Ulu öndər azərbaycançılığı mənəvi-ədəbi-romantik-bədii məfkurədən ideoloji kursa çevirərək, onun məzmununa ölkədə yaşayan müxtəlif xalqların dili, dini, cinsi, hansı mədəniyyətə malikliyindən asılı olmayaraq Azərbaycan vətəndaşı olması konkretliyini, birgəyəşayış həyat tərzini təsbit etdi.

Azərbaycançılıq ölkədə yaşayan müxtəlif mədəni-mənəvi həyat tərzli xalqların parçalanmasına, respublikanın bölünməsinə imkan vermədi, dövlətçilik institutunun dünyanın yeni çağırışlarına uyğun strukturlaşmasına, cəmiyyətdə möhkəm və etibarlı müxtəlif mədəniyyətli dinc yanaşı yaşamlı həyat tərzi birliyinin yaranmasının əsası oldu. Fərqli mədəniyyətli xalqların qarşılıqlı münasibətində tolerantlığın gücləndirilməsinə və suveren dövlətçilik institutunun dayanıqlı sistem kimi formalaşmasına rəvac verən konseptual nəzəri ideologiya olaraq azərbaycançılıq cəmiyyətdə təlqin edildi.

Ulu öndər Heydər Əliyev liderlik dərslərində onun müstəqil dövlətçilik institutunun qurucusu, xilasedicisi, birləşdiricisi, nizamlayıcı və idarəetmə strukturu formalaşdıran parametlərinin öyrənilməsi zəruridir. Böyük Rəhbər müstəqil Azərbaycanda yeni liderlik institutunun əsasının çoxşaxəli istiqamətlərini yaratmışdır. Ölkədə Azərbaycan dili, mənəviyyatı, mədəniyyəti bu müstəvidə milli iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, milli ordu quruculuğu, hərbi, daxili və xarici təhlükəsizlik məsələləri geniş anlamda dövlətçilik institutunda müəyyənəşdirilmiş Heydər Əliyev liderlik modelinin stratej-taktiki əsaslarıdır.

Dünyada tanınan ölkə rəhbərləri, dövlət xadimləri Ulu Öndər Heydər Əliyev haqda çox böyük qiymətli fikirlər deyiblər. Ulu Öndər Dünya siyasətinin ustadı adı qazanmışdı.  Bu sıradan Zbiqnev Bjezinski: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir" kimi ifadələrdə öz fikrini bildirmişdi. ABŞ-ın keçmiş prezidenti Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" söyləmişdi. Türkiyə Prezidenti R.T.Ərdoğan isə “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə dünya və türk tarixində şərəfli yer tutmuşdur” deyə bəyan etmişdir. Rusiya Prezidenti Vladimir Putin: "O böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi" deyə bildirmişdir.

Bəs dünya qadın liderləri Heydər Əliyev barəsində nə söyləyiblər: Pakistanın keçmiş Baş Naziri Bənəzir Bhutto: "Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir" deyə dəyərləndirmişdi. Kraliça II ELİZABET isə söyləmişdir ki: "Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur”.

Siyasi nəzəriyyə təlimində Rəhbər – liderlər tək fəaliyyətləri zamanı yox, eləcə də gələcək zamanlarda liderlik dərslərini öyrədən bir məktəb yaradan Şəxsiyyət, Dahidirlər. Ulu öndər Heydər Əliyev lider – Dövlət xadimi olaraq çoxsahəli xidmətləri içərisində siyasi varisliyi təmin etmiş Xalq Rəhbəridir. Prezident İlham Əliyevin mükəmməl Rəhbər, siyasi Lider olaraq formalaşması Ulu öndər siyasi məktəbinin önəmli göstəricisidir.

Prezident İlham Əliyev Heydər Əliyev siyasi liderlik dərslərini yüksək səviyyədə mənimsəyən və  XXI əsr dəyişən dünyanın tələblərindən irəli gələn hədəfləri, çağırışları gerçəkləşdirən, ölkədə vacib strateji və əməli fəaliyyət mexanizmlərini reallaşdıran yeni tipli Lider – modern Rəhbərdir.

XXI əsrdə Prezident İlham Əliyev Azərbaycanı dünyaya yeniləşən, Qalib, İnkişaf edən müstəqil dövlət kimi tanıtdırmışdır. Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanla 44 günlük Vətən müharibəsində təsdiq etdi ki, Azərbaycan dövlət olaraq müstəqildir, həm də regionun aparıcı dövlətidir.

Prezident İlham Əliyevin geoiqtisadi və geosiyasi balanslı siyasətinin modern inkişaf xətti, ölkədə multikulturallığın qorunması, regional və qlobal layihələrin iştirakçısı olan enerji siyasəti,  hərbi-diplomatik, milli təhlükəsizlik və sosial məsələləri əhatə edən çoxşaxəli fəaliyyəti strateji Yoldur.

Ali Baş Komandan İlham Əliyev müasir silahlarla təchiz olunan Milli  Ordunun yüksək peşəkarlığı ilə Azərbaycan siyasi-hərb tarixinə Zəfər gününü yazmaqla bahəm, xalqa Qalib ölkə adı qazandıran Liderdir. Böyük Qayıdış proqramı həm işğaldan azad edilmiş Qarabağın dirçəlişi, yenidən qurulması, bərpası, həm də Azərbaycanın yeni perspektivlərinin göstəricisidir.

Fikrimi Azərbaycanın Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın sözləri ilə bitirirəm. “Heydər Əliyev dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqalarından çıxaran vətəndaş, şəxsiyyət, Liderdir. Vətənin, Azərbaycanın taleyi, onun adı, taleyi əbədi olaraq bağlandı”.