YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Davudoğlu: Azərbaycan güclü ölkəyə çevrilir

“Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi Hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.” Bu fikirlər Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda səsləndirilib.

Məktubda daha sonra qeyd olunur ki, uzaqgörən və qətiyyətli rəhbərliyiniz altında dost və qardaş Azərbaycanın gələcəyə inamla baxan güclü və rifah içində olan ölkəyə çevrildiyini müşahidə edir, artan iqtisadi və siyasi gücü ilə Qafqazın parlaq ulduzu olmasından böyük məmnunluq duyuruq.

“Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin günbəgün gücləndiyinə qürur hissi ilə şahid oluruq. Strateji müttəfiqlik çərçivəsində inkişaf edən əməkdaşlığımız bizi bir-birinə bağlayan qardaşlıq tellərini möhkəmləndirir, ikitərəfli əlaqələrimizlə yanaşı, bölgədə rifah və stabilliyə də töhfəsini verir.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik, uzun ömür, dost və qardaş Azərbaycan xalqına isə daha firavan həyat arzu edirəm.”-deyə, Əhməd Davudoğlu bildirib.