YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: “Cənub” qaz dəhlizi qaynaq və marşrut müxtəlifliyini təmin etməsi baxımından çox əhəmiyyətli layihədir

“Cənub” qaz dəhlizi həm enerji təhlükəsizliyini artırması, həm də qaynaq və marşrut müxtəlifliyini təmin etməsi baxımından çox əhəmiyyətli layihədir.

Bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyə 12 il əvvəl olduğu kimi yalnız öz enerji tələbatını ödəməyə çalışan bir ölkə deyil, bu gün artıq Avropa ölkələri başda olmaqla bütün dost, müttəfiq və qardaş ölkələrin enerji təchizatı təhlükəsizliyinə töhfə verməyə çalışır. Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərini məhz son 12 ildə həyata keçirdik. Yenə bu məqsədlə həyata keçiriləcək bir başqa layihənin – “Cənub” qaz dəhlizinin təməlini isə ötən il Bakıda atdıq. “Cənub” qaz dəhlizi həm enerji təhlükəsizliyini artırması, həm də qaynaq və marşrut müxtəlifliyini təmin etməsi baxımından çox əhəmiyyətli layihədir. Bu layihənin bir hissəsi olan və Azərbaycan ilə birgə həyata keçirdiyimiz Trans-Anadolu qaz boru kəmərinin – TANAP də təməlini martda Qarsda atdıq. İnşallah 2018-ci ildə TANAP-dan ilk qaz nəqlinə başlayacağıq”, - deyə Türkiyənin Prezidenti qeyd edib.