YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Virciniya ştatında 28 may tarixi rəsmi olaraq Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın Virciniya ştatının qubernatoru Terense Makaulif (Terrence R. McAuliffe) Azərbaycanın milli bayramı - Respublika Günü ilə bağlı bəyanat imzalayaraq 2015-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan edib.

Sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin türk və müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Həmçinin bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.

Bəyanatda ölkəmiz ilə ABŞ arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilir. Bu əlamətdar günün Virciniyada yaşayan azərbaycanlı icmasının ştatın iqtisadiyyatının güclənməsinə və mədəni müxtəlifliyinə töhfəsini xüsusilə qeyd etmək üçün əlavə fürsət olduğu bildirilir.