YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın əbədi parlaq günəşi” mövzusunda seminar keçirilib

Masallı rayon Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının təşəbbüsü ilə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Azərbaycanın əbədi parlaq günəşi” mövzusunda növbəti seminarı keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycanın qədim tarixində ölkəmizə rəhbərlik etmiş dövlət başçıları, hökmdarlar müxtəlif adlar və titullar daşıyıblar: şah, padşah, atabəy, əmir, sultan və s. Lakin həmin çoxsaylı dövlət başçılarının heç birinə daha yüksək titul sayılan və ümumxalq qiymətinin ifadəsi olan ümummilli lider adına layiq görülmək şərəfi nəsib olmayıb: “XX əsrin görkəmli siyasətçiləri sırasında xüsusi yeri və layiqli nüfuzu olan Heydər Əliyev bu yüksək ada sovet imperiyası daxilində Azərbaycanı suverenlik epoxasına hazırlaması, dövlət müstəqilliyinin ilk addımında gerçəkləşdirdiyi nadir xilaskarlıq missiyası və qazanılmış bu tarixi nailiyyəti möhkəmləndirib dönməz prosesə çevirməsi ilə layiq görülüb. Müstəqil Azərbaycan dövləti, haqlı olaraq, həm də ulu öndər deyə xüsusi məhəbbətlə anılan Heydər Əliyevin şah əsəri və indiki nəsillərə ən böyük yadigarı sayılır. Çağdaş dünya müstəqil dövlətimizi Heydər Əliyevin Azərbaycanı kimi qəbul edib dəyərləndirir. Ulu Öndərin ideya və əməlləri daim bizimlədir və Azərbaycanı yeni-yeni uğurlara qovuşdurur”.

Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncam ilə 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın Ümummilli Liderə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir.

Mərkəzi kitabxana sistemi ərazi partiya təşkilat sədrinin müavini Rasif Dadaşov, partiya fəalları Şükufə Məmmədli, Anar Əsədov, Şəfəq Dadaşova və başqaları ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv