YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümayişi olan 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradından iki il ötür. Əbəs yerə deyilmir ki, zaman hadisələrin düzgün təhlilində, dəyərləndirilməsində zəngin mənbədir. Bu gün tarixi Zəfərimizin təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradını xatırlayanda daha byük qürur hissi keçirir, dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin sarsılmazlığını əminliklə qeyd edirik. Hər zaman çıxışlarında  “Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq” söyləyən cənab İlham Əliyev qardaş ölkələr arasında güclənən həmrəyliyin tarixi ənənələrə söykəndiyini, bu birliyin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırır.

Zəfər  Paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident  İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirdi: “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.” Türkiyə Prezidenti, eyni zamanda, böyük inam və qürur hissi ilə  “Qarabağ Azərbaycandır!” söyləyərək bildirdi ki, Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcək.

Son iki ildə bu dostluq, qardaşlıq işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Ən əsası Qarabağın tacı Şuşa iki qardaş ölkənin müttəfiqliyini rəsmiləşdirməsinə şahidlik etdi. Şuşa Bəyannməsi Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün yol xəritəsidir. Türkiyə Prezidentinin iki ildə 3 dəfə işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi, Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə dünyaya açmaları dünyaya ünvanlanan birlik mesajları sırasında xüsusi yer tutur. Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizdə olarkən sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirdiyi bu fikirlər də münasibətlərimizin gələcək inkişafının təqdimatı kimi dəyərləndirildi: “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir.”

DİGƏR Xəbərlər Arxiv