YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İdeoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İdeoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilib.

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd RİH başçısı Eyvaz Hüseynov, RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva, partiya fəalları, idarə, müəssisə, təşkilat nümayəndələri, fəal gənclər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün müasir dünya bizdən daha operativ və novator yanaşma tələb edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi, demokratiyanın bərqərar olduğu, ərazilərimizin işğaldan azad olunduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Təbliğat işində Ulu Öndərin irsi, Prezidentin siyasəti, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyi, tarixi zəfər, azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik mövzularına geniş yer verilməli olduğunun və partiya üzvlərinin sosial şəbəkələrdə aktivliyinin vacibliyi qeyd olunub.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə təşəkkürnamə təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv