YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda şəhidin xatirəsi anılıb

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Quliyev Elçin Rövşən oğlunun xatirəsi anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, partiya fəalları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Məktəblilər Vətənə, orduya, şəhidlərimizə həsr olunmuş müxtəlif şeirlər söyləyiblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Elçin Quliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv