YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Azərbaycan bundan sonra daha böyük qələbələrə doğru gedəcək

«Avropa Olimpiya Komitəsinin toplantısında 38 ölkənin Azərbaycana öz səsini verməsi böyük uğur idi».  Bu fikri Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, hansı ölkədə oyunlar keşçiriləcəkdisə, Avropanın bu ölkə qarşısında beş əsas şərti qoyulmuşdu. Onun sözlərinə görə, bunlar maliyyə resursları, infrastrukturun mövcudluğu, idman göstəricilərinin dinamikası, insan resursları, eləcə də, dövlətin dəstəyi və təminatı idi.

«Bu beş konsepsiyanı dəqiqliklə təhlil edərək, Avropa ölkələrinin mütləq əksəriyyətinin Azərbaycana səs verməsi artıq o demək idi ki, bundan sonra bu məsələlər ətrafında spekulyasilara yekun vuruldu. Azərbaycan dövlətinin müstəqilliyinin gənc olmasına baxmayaraq, gördüyü işlər on illiklərə bərabərdir. Bu baxımdan da, qəbul olunmuş 20 idman növünün 16-sı olimpiya idman növü, 4-ü isə qeyri-olimpia idman növü oldu. Beləliklə də, qitə oyunlarının olimpiya oyunları ilə bağlılığı böyük idman bayramının mahiyyətini və çəkisini artırmış oldu. Azərbaycan bundan sonra daha böyük qələbələrə doğru gedəcək»- deyə, R.Abbasov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv