YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkələrimiz uğurlu əməkdaşlıq edir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri 

Albaniya dövləti ilə ikitərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.

15 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına rəsmi səfər edib. Prezidenti İlham Əliyev Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz  arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan dövlət başçısının Albaniya Respublikasının Prezidenti və Baş naziri ilə yaddaqalan görüşləri olub.

Qeyd edək ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycan həqiqətlərini və ölkənizin tarixi hüquqlarını dəstəkləmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirib. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.

İqtisadi sahədə əməkdaşlığa gəlincə deməliyik ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər.

Ölkələrimiz arasında olan əməkdaşlıq, aparılan danışıqlar ondan xəbər verir ki, həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.