YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ersin Tatarın Milli Dirçəliş Günü münasibətilə tviter hesabında etdiyi paylaşımda deyilir: “34 il əvvəl – 1988-ci il noyabrın 17-də Bakıdakı Azadlıq meydanında toplaşan iki milyon azərbaycanlı qardaşımız müstəqillik məşəlini yandıraraq Azərbaycan dövlətini qurdu. Azərbaycan xalqını 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edir, ən səmimi ehtiramımı və sevgilərimi çatdırıram”.