YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Odlar Yurdu Universitetində partiyanın yubiley tədbiri keçirilib

Odlar Yurdu Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, universitetin prorektorları, müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, Cənubi Qafqazın ən böyük aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası cəmiyyətimizin bütün təbəqələrini ətrafında sıx birləşdirən ümumxalq partiyasıdır və ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. S.Vəliyev Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atdığını qeyd edib.

Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov və digərləri çıxışlarında vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb. Qeyd olunub ki, partiya Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Tədbir bədii hissə ilə davam edib.