YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatının ərazi partiya təşkilatlarında partiyanın yubiley tədbirləri davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı “Mədəniyyət şöbəsi”, “Qarayazı DTQ”, “Meşə idarəsi”, “Qaz İstismar Sahəsi”, “AzDY 5 saylı müəssisə”, “Poylu kənd”, “Poylu qəsəbə” və “Pirili kənd” ərazi partiya təşkilatlarında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası həm ölkə daxilində, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.