YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: İlk Avropa Oyunları Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir

«İlk Avropa Oyunları ilk növbədə Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir. Bu Oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək ki, bu da ölkəmizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək, ölkəmizə turist axınını artıracaq». Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Yevda Abramov deyib.

 Y.Abramov bildirib ki, Azərbaycan kimi müsəlman dövlətinin Avropa Oyunlarına ev sahibliyi etməsinin böyük əhəmiyyəti var. Çünki Avropa ictimaiyyəti Azərbaycanın tolerant ölkə olduğunun şahidi olacaqlar. Onun sözlərinə görə, oyunlar çərçivəsində Azərbaycana gələn xarici qonaqların  hər biri  öz ölkəsi üçün burda səfirdi və onlar inkişafımızı öz ölkələrində təbliğ edəcəklər.

«Təəssüf ki, uğurlarımıza sevinməyənlər də var. Birinci Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparanlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, güclənməsindən və regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələrdir. Azərbaycanda həmişə belə böyük beynəlxalq tədbirlər keçiriləndə, bu qara qüvvələr öz çirkin əməllərinə başlayırlar. Onların məqsədi Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaqdır. İlk Avropa Oyunlarına qarşı aparılan kampaniya da növbəti bu xarakterli addımlardan biridir. Ancaq onlar özlərini nahaq yerə yorurlar. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də belə bir qara təbliğat aparılmışdı, amma Azərbaycan bunların bu “fəaliyyət”ini heçə uğratdı və sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir»- deyə, Y.Abramov vurğulayıb.