YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: “Bakı-2015” birinci Avropa Oyunları böyük bir idman bayramına çevriləcək

“Bakı-2015” birinci Avropa Oyunları böyük bir idman bayramına çevriləcək. Bu möhtəşəm tədbirə az müddət qalıb. İlk dəfə keçiriləcək Avropa Oyunlarına Azərbaycan dövlətinin ev sahibliyi etməsindən hər birimiz qürur duyuruq”. Bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, uğurumuzu istəməyən bəzi qüvvələr Azərbaycana qarşı “qara piar” kampaniyası aparır. Onun sözlərinə görə, bütün bunların qarşısını almaq üçün cəmiyyətimizin ayrı-ayrı təbəqələrinin nümayəndələri öz mövqelərini bildirirlər. Millət vəkili deyib ki, dövlətimizin ev sahibliyi edəcəyi bu böyük idman yarışı fəal şəkildə təbliğ olunur.

“Qara piar” aparan qüvvələrin əsas hədəfi ölkəmizdəki əmin-amanlıq və sabitlikdir. Dünyada Azərbaycanın imicini zədələmək, ölkəmizə qarşı mətbuatda şər və böhtan dolu məlumatlar yaymaq üçün fəaliyyət aparan məhz erməni lobbisi, həmçinin, onun nəzarətindəki qüvvələrdir. Azərbaycanın daxilində olan bəzi qüvvələr də bu ermənipərəst dairələrə qoşulurlar. Onların arasında partiyalar, QHT-lər və hətta qəzetlər də var. Biz buna qarşı qətiyyətli mövqe nümayiş etdirməliyik. Onların bu fəaliyyəti bizim milli maraqlarımıza ziddir və biz buna qarşı öz iradəmizi ortaya qoymalıyıq. Sosial şəbəkələrdə müxtəlif dillərdə birinci Avropa Oyunlarını təbliğ etməli, dövlətimizin yanında olmalıyıq. Bütün imkan və potensialımızı bu istiqamətə cəmləyərək, dövlətimizə xidmət göstərməliyik, Prezidentimizin ətrafında sıx birləşməliyik”, - deyə F.Ağamalı vurğulayıb.