YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Kamilə Əliyeva şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Kamilə Əliyeva Zaqatala və Balakəndə şəhid ailələrini ziyarət edib.

Kamilə Əliyeva bildirib ki, cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi:  “Hər zaman vətəni və dövləti sevməyi hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq.” 

Görüşlərdə 44 günlük müharibə dövründə igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətdən danışıldı.

Şəhid valideynləri onlara və qazilərə dövlət tərəfindən göstərilən qayğıya və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.