YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidlərin ruhuna ehtiram

Ağstafada Vətən müharibəsi şəhidləri İbrahimov Elçin Rövşən oğlunun, Məmmədli Rüfət Vidadi oğlunun, İmaməliyev Elvin Elsevər oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə xatirələri anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, , “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhər Şəhidlər xiyabanında şəhid Elçin İbrahimovun, Saloğlu qəsəbə qəbiristanlığında şəhid Rüfət Məmmədlinin, Qırılı kənd qəbiristanlığında isə şəhid Elvin İmaməliyevin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Həmçinin onlarla eyni məzarlıqlarda uyuyan Vətən müharibəsi şəhidləri - Abdullayev Nihad Adil oğlunun, Orucov Xudayət Vilayət oğlunun, Əhmədov Mahmud Fərman oğlunun, Babayev Mustafa Elman oğlunun, Mustafayev Ramiz Bağman oğlunun, Əliyev Tahir Çingiz oğlunun, Həsənov Elnur Elman oğlunun, Süleymanov Orxan Oruc oğlunun, Əmrahov Emin Əvəz oğlunun, Quliyev Təbriz İlqar oğlunun, Abdullayev Elgün Əmirxan oğlunun, Hüseynli Əliheydər Səlahəddin oğlunun və Musayev Rəhman Elxan oğlunun da məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb, dərin hüznlə başsağlığı veriblər.

Söhbət zamanı Vətənin qəhrəman övladlarının keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.