YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidin xatirəsi əbədiləşdirilib

Lerik rayonu Hovil kəndində Vətən müharibəsi şəhidi İbrahimov İmaməli Elman oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Daha sonra tədbir iştirakçıları Hovil kəndində şəhid İmaməli İbrahimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan bulaq kompleksinin və Mərasim evinin açılış mərasimlərinə qatılıblar.

Qeyd edək ki, İmaməli İbrahimov 2020-ci il noyabrın 9-da Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.