YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailəsi ziyarət olunub

Yasamalda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə şəhid ailəsi ziyarət olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Məmməd Əliyev şəhid Əzizli Tacəddin Şahəddin  oğlunun ailəsinə baş çəkiblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, şanlı Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tacəddin Əzizli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.