YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında çox uğurlu əməkdaşlıq münasibətləri var

Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında çox uğurlu əməkdaşlıq münasibətləri var. Biz bu əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik.

Bunu Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov söyləyib.

Nazir Tbilisidə keçirdiyi görüşlərdə iki ölkənin Müdafiə nazirlikləri arasında müdafiə, hərbi təhsil və digər sahələrdə münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsinin aparıldığını, 2023-cü il üçün hərbi əməkdaşlıq planının imzalandığını qeyd edib. General-polkovnik Zakir Həsənov bildirib ki, görüşdə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli birgə hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi, hərbçilərin döyüş qabiliyyətinin artırılması məsələləri də diqqət mərkəzində olub.

Azərbaycan-Gürcüstan dostluğundan danışan Z.Həsənov deyib: “Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə birlikdə Botanika bağında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının məzarlarını da ziyarət etdik. Mən bir daha əmin oldum ki, əlaqələrimiz çox yüksək səviyyədədir və nümunə təşkil edir”.