YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Əli Əsədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının (İSSA) prezidenti Məhəmməd Azman ilə görüşüb.

Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə İSSA ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib.

Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.

Görüş zamanı, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

DİGƏR Xəbərlər Arxiv