YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT Baş Məclisində müşahidəçi statusu almaq üçün müraciət edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənovun rəhbərliyi ilə bu qurumun nümayəndə heyətinin Nyu-Yorka səfəri çərçivəsində BMT-nin mənzil-qərargahında qəbul təşkil olunub.

TDƏŞ-dən bildiriblər ki, qəbulda BMT yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Mərasimdə Türk Şurası haqqında filmin nümayişindən sonra çıxış edən Ramil Həsənov TDƏŞ-in fəaliyyəti, onun BMT-nin müxtəlif qurumları ilə əməkdaşlığı barədə məlumat verib. O, Türk Şurasının BMT Baş Məclisində müşahidəçi statusu alması üçün müraciət etməsinin önəmini xüsusi vurğulayıb.

TDƏŞ nümayəndə heyətinin Nyu-Yorka səfərində qurumun layihə rəhbəri Zamin Əliyev və protokol şöbəsinin müdiri Əmrə Yurdakul da iştirak ediblər.